Xəbərlər

AKİ-nin “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.

“Füyuzat” ın məlumatına görə, müsabiqəyə təqdim olunan ssenarilər AKİ-nin münsiflər heyəti tərəfindən məzmun, dramaturji quruluş, bədii həll və mövzuya yanaşma baxımından ətraflı qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən, I yerə Azər Allahverdinin “Ruzgar”, II yerə Nurlan Həsənli və Naiq Babayevin ortaq “Anam xaric”, III yerə isə Şəbnəm Xeyrullanın “Meşə növbətçisi” ssenarisi layiq görülüb.

Qaliblər müvafiq olaraq 5000, 3500 və 2500 AZN pul mükafatı ilə təltif olunacaqlar.