Xəbərlər

Almaniya və Britaniya NATO-nun Ukrayna ilə bağlı təmas qrupunu çağıracaq

Almaniya və Böyük Britaniya aprelin 11-də NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu toplayacaqlar.

“Füyuzat”ın məlumatına görə, bu barədə alyansın mətbuat xidmətindən bildirilib.

“Aprelin 11-də Böyük Britaniya və Almaniya NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi təchizatla bağlı Təmas Qrupunun iclasını keçirəcək”, – məlumatda bildirilib.