Xəbərlər

Almatıda MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Almatıda MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) dar tərkibdə iclası başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

İclas başlamazdan əvvəl diplomatik qurumların rəhbərlərini Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

Verilən məlumata görə, MDB Xarici İşlər Nazirlərinin iclasından sonra Rusiya-Mərkəzi Asiya formatında xarici işlər nazirlərinin ayrıca görüşü baş tutacaq.