“ABŞ prezidenti Donald Tramp Avropadakı Amerika hərbi kontingentini 20 min nəfər azaltmaq, qalanın saxlanması üçün isə Avropa ölkələrindən “daha çox töhfə” verilməsini tələb etmək istəyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ANSA agentliyi Brüsseldəki mənbələrinə istinadən yazır.
“Avropanın öz təhlükəsizliyini təmin etmək üçün hər zaman daha çox iş görməli olduğuna inanan Amerikanın yeni prezidentinin mövqeyi çoxdan bəllidir. Xüsusilə, Tramp artıq NATO daxilində hərbi xərclər üçün ÜDM-in 5%-i həddinə işarə edib. Qeyd olunur ki, ötən il Aİ ölkələrinin ümumi müdafiə xərcləri orta hesabla 1,9% təşkil edib, Rusiya Federasiyasında isə bu rəqəm 9%-ə çatıb”, – agentlik qeyd edib.
Nəşrin hesablamalarına görə, onların dəqiq sayı məlum olmasa da, 80 minə qədər Amerika əsgəri Avropada qala bilər.