Xəbərlər

AP üzvü: Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək

“Ukrayna qoşunları yaxın aylarda geri çəkiləcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Parlamentinin (AP) Fransadan olan üzvü Tyeri Mariani bildirib.

“Mən inanıram ki, Ukrayna qalib gələ bilməz. Mümkün qədər tez sülh yolu ilə nizamlanma üzrə danışıqlara başlamaq lazımdır”, – Mariani qeyd edib.

Qeyd edək ki, Mariani Ukraynaya fransız qoşunlarının göndərilməsinə qarşı çıxıb və Fransanın təhlükə altında olmadığını vurğulayıb.