“Argentina hökuməti ABŞ-ın bu ölkədən idxala rüsumları ləğv etməsi üçün özünün tənzimləyici bazasına dəyişikliklər etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Argentina prezidenti Xavyer Miley deyib.
“Argentina öz tənzimləyici çərçivəsini ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən qarşılıqlı tarif təklifinin tələblərinə uyğunlaşdıracaq. Biz artıq 16 tələbdən 9-na əməl etmişik və mən Xarici İşlər Nazirliyinə (XİN) və Ticarət Departamentinə qalan tələbləri həyata keçirməyə davam etməyi tapşırmışam. Hökumət qısa müddətdə ABŞ-la ticarətdə asimmetriyadan xilas olmaq üçün lazımi tədbirlər görmək niyyətindədir. Bundan əlavə, ticarət və investisiyalar üzrə çərçivə sazişi kontekstində biz 50 məhsuldan ibarət səbət üzrə tarifləri uyğunlaşdırmağa çalışacağıq ki, ölkələr arasında ticarət daha sərbəst şəkildə aparılsın”, – dövlət başçısı əlavə edib.