Avropa İttifaqı iyunun sonuna qədər Ukraynanın birliyə qəbulu ilə bağlı müzakirələrə başlayacaq.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Berlində Ukraynanın bərpası ilə bağlı konfransda bildirib.
“Avropa İttifaqı bu ayın sonuna qədər Ukraynanın birliyə qəbulu ilə bağlı müzakirələrə başlamalıdır”, – Leyen qeyd edib.
Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti Brüsseldəki mənbələrə istinadən müzakirələrin iyunun 25-də başlayacağını bildirib.