Xəbərlər

Avstraliya 171 milyon dollarlıq radar alacaq

“Avstraliya Silahlı Qüvvələrinin ehtiyacları üçün yeni radarların alınmasına 171 milyon dollardan çox vəsait ayrılacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya Baş nazirinin köməkçisi və müdafiə naziri Riçard Marles məlumat verib.

“Yeni radarlar ordumuza uzaq məsafələrə dəqiq atəş açmağa və potensial təhlükələri yaxından izləməyə kömək edəcək”, – deyə Marles bildirib.