Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Səki kənd İcmasının sədri, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, Prezident mükafatçısı, Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova Fəxri Fərmanla təltif edilib.
Azadə Novruzova Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Millət vəkili Əziz Ələkbərli tərəfindən Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi Azərbaycanlıların təskilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə və yubileyi münasibəti ilə Fəxri fərmanla təltif olunub.





