Tailand İpəyi və Mədəniyyətinin Təbliği Assosasiyasının təşkilatçılığı ilə Banqkokda “Global Thai Silk 2026” beynəlxalq sərgisi açılıb.
“Füyuzat” xəbər verir ki, Azərbaycan bu beynəlxalq mədəniyyət layihəsində dizayner Nübar Hüseynova tərəfindən xüsusi olaraq hazırlanmış milli geyim nümunəsi ilə təmsil olunur. Təqdim olunan geyim Azərbaycanın zəngin mədəni irsindən və milli geyim ənənələrindən ilhamlanaraq hazırlanıb, Azərbaycan milli parçaları ilə ənənəvi Tailand ipəyini özündə birləşdirib.
Azərbaycanın sərgidə iştirakı milli mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasına, Azərbaycan və Tailand arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də mədəniyyət, incəsənət və dizayn sahələrində əməkdaşlığın inkişafına töhfə verir.
Sərgi oktyabrın 18-dək davam edəcək.



