Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 37,8 milyard kubmetr təşkil edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, ötən illə müqayisədə 3,8 % artım deməkdir.
Gələn il isə Azərbaycanda əmtəəlik qaz hasilatının bu ilə nisbətən 1,6 % artaraq 38,4 milyard kubmetrə çatacağı gözlənilir.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz hasilatı 2023-cü ilin eyni dövrünə nisbətən 4,7 % çox – 41 milyard 625,4 milyon kubmetr, o cümlədən əmtəəlik qaz hasilatı 6,8 % çox – 31 milyard 727 milyon kubmetr təşkil edib.
Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 3,8 % çox – 48 milyard 496,7 milyon kubmetr qaz, o cümlədən 4,2 % çox – 36 milyard 413,8 milyon kubmetr əmtəəlik qaz hasil edilib.