Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib.
“Görüşlərdə Azərbaycan ilə NATO arasında parlamentlərarası formatda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”, – məlumatda bildirilib.