Avqustun 5- də Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə keçirilən dəyirmi masa təşkil olunub. Tədbirdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşı Zeyd İsmayılzadə də iştirak edib.
“Füyuzat” xəbər verir ki, dəyirmi masada QHT sektorunda rəqəmsallaşmanın əhəmiyyəti, innovativ idarəetmə, süni intellektin tətbiqi, elektron iştirakçılıq və digər məsələlər müzakirə olunub. Çıxışlarda rəqəmsal texnologiyaların QHT-lərin fəaliyyətinin səmərəliliyini artırdığı və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirdiyi vurğulanıb.
Tədbirdə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin yaradılması ilə dövlət dəstəyi proseslərinin tam rəqəmsallaşdırılacağı, “bir pəncərə” prinsipi əsasında vahid rəqəmsal ekosistemin formalaşacağı bildirilib. Müzakirələr zamanı rəqəmsal transformasiyanın yaradığı imkanlar, sosial media strategiyaları və bu sahədə dövlət–QHT əməkdaşlığının gücləndirilməsi istiqamətində təkliflər də səsləndirilib.









