Gürcüstanın paytaxtında “Səthin o tayında” adlı sərgi keçirilir. Sərgidə Azərbaycan və Gürcüstanla yanaşı Türkiyə, Yeni Zelandiya, Kanada, həmçinin İran, Pakistan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən olan sənətkarlar öz əsərləri ilə çıxış edirlər. Tədbirin başlıca məqsədi müxtəlif ölkələri təmsil edən rəssamları bir məkanda toplayaraq incəsənətin qlobal dialoq vasitəsi və mədəniyyətlər arasında körpü funksiyasını ön plana çəkməkdir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Report” məlumat yayıb.
Azərbaycan üzrə kurator Elminaz Qəhrəmanovanın sözlərinə görə, ölkəmizi sərgidə ümumilikdə 43 rəssam təmsil edir. O qeyd edib ki, nümayiş olunan əsərlər xalçaçılıq, akvarel, qobelen və yağlı boya kimi fərqli texnikalarda hazırlanıb.




