Xəbərlər

Azərbaycan TDT ölkələrinin birgə kosmik fəaliyyəti üçün hüquqi normaların eyniləşdirilməsini təklif edir

Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə kosmik fəaliyyətin tənzimlənməsi üçün vahid hüquqi normaların işlənib hazırlanmasını təklif edib.

“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu barədə TDT-nin baş katibi Kubanıçbek Omuraliyev Bakıda TDT ölkələrinin kosmik agentliklərinin 4-cü görüşündə bildirib.

“2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən sammitdə Kosmik fəaliyyət sahəsində Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın institutlaşmasının mühüm mərhələsi oldu. Bu prosesin davamı olaraq, Azərbaycan tərəfi birgə kosmik fəaliyyətin tənzimlənməsi üçün unifikasiya edilmiş hüquqi normaların işlənib hazırlanmasını təklif edir”, – K.Omuraliyev qeyd edib.

Onun sözlərinə görə, bu mühüm təşəbbüs hüquqi aydınlığı, şəffaflığı və beynəlxalq standartlara uyğunluğu təmin edəcək.