Xəbərlər

Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

“Füyuzat” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar.

Anlaşma Memorandumu binalarda enerji səmərəliliyinə dair qanunvericilik, “Binalarda Enerji Səmərəliliyi Tətbiqi” üzrə hesablama metodologiyası, tikinti prosesində “Enerji Səmərəliliyi Sertifikatı” mərhələləri və bu istiqamətdə təlim proqramlarının təşkili, bərpa olunan enerji mənbələrindən istifadə üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı iclasların, konfransların, pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili üzrə əməkdaşlığı əhatə edir. Sənəd hər iki tərəfin aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.