Xəbərlər

Azərbaycan və Estoniya Milli kitabxanaları arasında əməkdaşlıq memorandumu imzalanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 23-də Azərbaycan Milli Kitabxanası ilə Estoniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

“Füyuzat”xəbər verir ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel, İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah və Estoniyanın Azərbaycandakı səfiri Tiina Nirki çıxış etmişlər.

Memorandumun imzalanması hər iki ölkənin kitabxanalararası beynəlxalq tərəfdaşlığının inkişafı və elmi-mədəni informasiya mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əməkdaşlıq kitabxana-informasiya fəaliyyətində innovativ yanaşmaların tətbiqinə, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsinə və hər iki ölkənin milli kitabxana təcrübəsinin qarşılıqlı öyrənilməsinə töhfə verəcək. Memorandum, eyni zamanda, milli-mədəni irsin qorunması və dünya informasiya məkanında təbliği istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli zəmin yaradacaqdır.