Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu ölkənin Xarici İşlər və Mühacirlər Nazirliyi Konsulluq idarəsinin rəisi Məhəmməd Bərra Şükri ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki dost ölkə arasında konsulluq sahəsində mümkün əməkdaşlıq imkanları dəyərləndirilib.