Xəbərlər

Azərbaycan XİN Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib.

“Dostumuz, qonşumuz və strateji tərəfdaşımız Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirik”, – paylaşımda qeyd olunub.