Bir ürəkdə iki cansız,
Şah damarda axan qansız,
Dünya durduqca, varsız,
Azərbaycan–Türkiyə.
Sizə qibtə edən çoxdur,
Dünyada sizdən yoxdur.
Tutun əl-ələ, gedin irəli,
Azərbaycan–Türkiyə.
Dədə Qorqud boylarınan,
Qədim Oğuz soylarınan
Gələcəyə yol almısız,
Azərbaycan–Türkiyə.
Dar gündə yatmırsız, yenə oyaqsız,
Çətinlikdə bir-birizə arxa dayaqsız,
Eyni soydan, ikiniz də qardaşsız,
Azərbaycan–Türkiyə.
Düşmənlərə verməyin fürsət,
Etməsinlər sizə həsəd.
Qarşınızda eyni, məqsəd,
Azərbaycan–Türkiyə.
Abbasova Lətifə
27.08.2023



