“Bakı Metropoliteni” QSC ilk dəfə “Metro Hackathon” layihəsinə start verib. Layihə çərçivəsində iştirakçılar metro sistemindəki real problemlərə innovativ həllər üzərində çalışacaqlar.
“Füyuzat”ın məlumatına görə, hackathon süni intellekt əsaslı yanaşmalarla sərnişin axınının idarə olunması və sıxlığın azaldılmasını hədəfləyir. Bu təşəbbüs şəhər mobilliyinin inkişafına töhfə verməyi nəzərdə tutur.
Layihə gənclərin texnoloji bacarıqlarını inkişaf etdirmək və onların real layihələrdə iştirakını təşviq etmək məqsədi daşıyır.



