Xəbərlər

Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Xəzər və Qaradağ rayonlarında qaz olmayacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.

Bildirilir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Qaradağ rayonunda qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun isə Ş. Əsgərov, M. Seyidov, Ə. Gülbabayev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.