“Böyük Britaniya hökuməti münaqişənin həlli çərçivəsində Ukraynada sülhü təmin etmək üçün quru və hava qüvvələrini bölgəyə göndərməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib.
“Böyük Britaniya sülh razılaşmasını dəstəkləmək üçün quru qoşunları və təyyarələr göndərməyə hazırdır. Biz müttəfiqlərimizlə birlikdə işləyirik”, – Britaniyanın Baş naziri bildirib.
Starmer qeyd edib ki, Böyük Britaniya və ABŞ münaqişənin həlli məqsədi ilə Ukraynada yerləşdirilməsi gözlənilən Avropa hərbi kontingenti üçün Amerikanın təhlükəsizlik təminatlarını müzakirə etməyə davam edəcək.