Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlükdən tamhüquqlu üzvlüyə keçməyi hədəflədiklərini deyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ünal Üstel mətbuata açıqlamasında bildirib.
“Təkcə Azərbaycanla deyil, digər TDT üzvü ölkələrlə də əlaqələrimizi gücləndirmək istəyirik. Yaxın tarixi əlaqələrimizi daha güclü sinerjiyə çevirə bilərik”, – Baş nazir əlavə edib.
Üstel Kipr türklərinin 1950-ci ildən 1970-ci illərə qədər milli varlıqları uğrunda mübarizə apardığını və bu mübarizədə Türkiyənin hər zaman onların yanında olduğunu bildirib.