Xəbərlər

BƏƏ Ukraynada sülh prosesini davam etdirməyə çağırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqları alqışlayıb və Ukraynada sülh prosesinin davam etdirilməsinə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“BƏƏ Səudiyyə Ərəbistanında Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında aparılan danışıqları alqışlayır və ümid edir ki, bu addım gərginliyin azaldılmasına və Rusiya ilə Ukrayna arasında münaqişənin hərtərəfli və davamlı həllinin tapılmasına töhfə verəcək. Biz sülh prosesinin davam etdirilməsinə və diplomatik sabitliyə nail olunması üçün səylərin gücləndirilməsinə çağırıq”, – bəyanatda bildirilib.