Xəbərlər

BƏƏ və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan Əbu-Dabidə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyindən bildirilib.

Verilən məlumata görə, nazirlər Tehranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üçün ABŞ və İran arasında danışıqların gedişatını müzakirə ediblər. Tərəflər regionda təhlükəsizlik və sabitliyi gücləndirmək üçün Vaşinqton və Tehran arasında məsləhətləşmələrin vacibliyini vurğulayıblar.