Xəbərlər

Belarus: Minsk ABŞ ilə bütün sahələrdə dialoqa açıqdır

“Minsk ABŞ-ın hazırkı administrasiyası ilə əməkdaşlıq potensialı görür və əməkdaşlığın bütün sahələrində dialoqa açıqdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ruslan Varankov hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə təqsirli bilinən Amerika vətəndaşı Yuri Zenkoviçin azadlığa buraxılması ilə bağlı sualı cavablandırarkən deyib.

“Belarus Respublikası ərazisində ağır cinayətlər törətməkdə təqsirli bilinən Zenkoviçin azadlığa buraxılması ABŞ-ın hazırkı prezident administrasiyası üçün vacib idi. Təbii ki, bu qərar səmimi etirafdan və dövlət başçısına əfv olunması ilə bağlı müraciətdən sonra alınıb. ABŞ-ın hazırkı administrasiyası ilə əməkdaşlıq potensialını görürük və bütün sahələrdə əməkdaşlıq üçün açığıq”, – o əlavə edib.