“Minskin Pekinlə xarici ticarət həcmi bütün Avropa İttifaqı (Aİ) ölkələri ilə müqayisədə daha çoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Bu gün Çinlə ticarətimiz bütün Aİ ilə müqayisədə daha çoxdur. Bu il Çinə ixracımız da daxil olmaqla, indiki templə davam etsək, Çinlə ticarətimiz Aİ ilə ticarətimizdən iki dəfə çox olacaq”, – o əlavə edib.