“Polşa və Baltikyanı ölkələrin piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq planlarının mənfi nəticələri olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov deyib.
“Biz bu silahlanma yarışında uğur qazana bilməyəcəyik. Amma ən yaxın tərəfdaşımız, müttəfiqimizlə – Rusiya ilə nüvə təhlükəsinin qarşısının alınması, ballistik silahların yayılmasının qarşısının alınması üzrə bəzi əməkdaşlıq formalarını həyata keçiririk. Bu, çox daha ucuz və effektivdir”, – Rıjenkov deyib.