Xəbərlər

Belarus XİN rəhbəri Rusiyaya səfər edəcək

Belarusun xarici işlər naziri Maksim Rıjenkov iyunun 9-dan 10-dək Rusiyada rəsmi səfərdə olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ruslan Varankov məlumat verib.

“Gələn həftə Belarus Respublikasının xarici işlər naziri Rusiya Federasiyasına rəsmi səfər edəcək, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşlər keçiriləcək. Səfər zamanı bir sıra digər tədbirlər də nəzərdə tutulub”, – o bildirib.