“İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.
Qeyd edilib ki, 2020-ci il prezident seçkilərində Lukaşenko səslərin 80,10 faizini qazanıb.
Məlumatda həmçinin bildirilib ki, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, biznesmen Anna Kanopatskaya – 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov – 3,21%, Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xijnyak isə 1% səs toplayıb.
Belarus Mərkəzi Seçki Komissiyası ənənəvi olaraq ölkədəki bütün səslərin ilkin hesablanmasının nəticələrini elan edib. Yekun nəticə fevralın 3-də açıqlanacaq.