Belarusda prezident seçkilərində respublikada yerləşən 5,1 mindən çox seçki məntəqəsində erkən səsvermə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri İqor Karpenko “STV” telekanalına müsahibəsində deyib.
“Seçki sistemi ən optimal şəraitin yaradılmasına yönəldilməlidir ki, hər bir vətəndaş gəlib seçkidə səsvermə hüququndan istifadə edə bilsin. Səsvermə məntəqələri nahar fasiləsi olmadan saat 12:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Əsas seçki günü seçicinin səsvermədə iştirak edə bilməməsinin səbəblərinin rəsmi təsdiqi tələb olunmur”, – Karpenko əlavə edib.