Xəbərlər

Belarusun Baş naziri Rusiyaya rəsmi səfərə yollanıb

Belarusun Baş naziri Aleksandr Turçin Rusiyaya rəsmi səfərə yola düşüb və burada Rusiyanın Baş naziri Mixail Mişustinlə danışıqlar aparacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Belarus və Rusiya Federasiyasının hökumət başçıları Rusiya-Belarus ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini, habelə İttifaq dövlətində inteqrasiya və qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər. Sənaye, enerji, o cümlədən dinc nüvə enerjisi, nəqliyyat infrastrukturu və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəyi gözlənilir.