Xəbərlər

Bessent: ABŞ Argentinanın iqtisadi islahatlarını dəstəkləyir

“Vaşinqton administrasiyası Argentina prezidenti Xavyer Mileyin iqtisadi islahatlarını tam dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessent Argentina prezidenti ilə Buenos-Ayresdə görüşü zamanı bildirib.

“Bu gün ABŞ-ın maliyyə naziri Bessent Argentina prezidenti Xavyer Miley ilə görüşüb. Görüş zamanı nazir ABŞ-ın Mileyin cəsarətli iqtisadi islahatlarına tam dəstəyini bir daha təsdiqləyib və Birləşmiş Ştatlarla qarşılıqlı ticarətə maneələri azaltmaq üçün vaxtında atdığı addımlara görə təşəkkür edib, – ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.