“Vaşinqton İsveçrədə Çin nümayəndələri ilə görüşdə ticarət sferasında eskalasiyanı müzakirə etməyə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
“Biz şənbə və bazar günü hansı mövzularla bağlı müzakirələr aparacağımız barədə razılaşacağıq. Düşünürəm ki, bu, böyük ticarət razılaşması deyil, deeskalasiya olacaq. Amma nəticə əldə etməzdən əvvəl gərginliyin azaldılmasına ehtiyacımız var”, – nazir əlavə edib.