Xəbərlər

Bir qrup alim “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif edilib

Türk ölkələrindən olan bir qrup mədəni-ictimai xadim “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif edilib.

“Füyuzat”ın məlumatına görə, təltifetmə mərasimi Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində baş tutub.

Təltif olunanlar sırasında akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayev, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti, professor Dərya Örs, Türk Dil Qurumunun prezidenti Osman Mert, Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi katibi Kakajan Janbekov və başqaları olub.