Xəbərlər

Bir qrup gəncə Prezident mükafatı verilib

Azərbaycan Prezidenti İlham Əliyev Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilməsi barədə Sərəncam imzalayıb.

“Füyuzat”ın məlumatına görə, mükafata namizədlər Ekspert Komissiyasının təklifinə əsasən seçilib.

Ağalarov Mircavid Elşad oğlu
Əjdərli Aytac Ceyhun qızı
Əzimov Rüstəm Bakir oğlu
Hacıbəyli Rafael Siyavuş oğlu
İsrafilova Fatimə Seymur qızı
Məhərrəmova Şövkət Fikrət qızı
Məmmədzadə Vüqar Əbdüləli oğlu
Muradova Jalə Tərlan qızı
Nuruzadə Ömər İman oğlu

birgə fəaliyyətə görə:
Abdullayev Nihat Rauf oğlu
Əliyeva Ləman Əhəd qızı.