Nəriman Nərimanovun xatirə muzeyində “I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş məqalələr toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib.
“Füyuzat” ın məlumatına görə, bu barədə muzeydən məlumat verilib.
Bildirilib ki, tədbirdə nəşrin məzmunu, elmi əhəmiyyəti, eləcə də I Türkoloji Qurultayın milli-mədəni irsin qorunması və türkoloji araşdırmaların inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.
Çıxış edənlər I Türkoloji Qurultayın Azərbaycan və ümumtürk elmi fikir tarixində mühüm yer tutduğunu, türk xalqları arasında elmi, mədəni əlaqələrin möhkəmləndirilməsinə və türkoloji tədqiqatların inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıblar.



