Xəbərlər

Bloomberg: Avropa rəsmiləri Trampın komandası ilə Ukraynaya dəstəyi müzakirə ediblər

Avropa rəsmiləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının nümayəndələri ilə Ukrayna məsələsini müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

“Avropa rəsmiləri Tramp komandasının üzvləri ilə bir sıra təkbətək söhbətlər aparıb və onları Ukraynaya dəstəyi davam etdirməyə inandırmağa çalışıb. Bu mövzunun müzakirəsi faktının özü yeni Amerika administrasiyasının hər hansı danışıqlar başlamazdan əvvəl Kiyevə fəal kömək edəcəyi ehtimalını artırır”, – məlumatda bildirilib.