Xəbərlər

Bloomberg: Meloni Aİ-ABŞ tarif sammitinə təkan verəcək

“İtaliyanın Baş naziri Giorgia Meloni aprelin 17-də Ağ Evə səfəri zamanı tərəflər arasında tariflər, ticarət və müdafiə xərclərinə dair bütün mövcud fikir ayrılıqlarını həll etmək üçün ABŞ-Aİ sammiti təşkil etməklə bağlı razılığa gəlməyə ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Meloni Trampa Avropa ittifaqı (Aİ) və ABŞ arasında sənaye mallarına tətbiq edilən əksər tariflərin qarşılıqlı ləğvini təklif etməyi planlaşdırır. ABŞ prezidenti Donald Trampın İtaliyadan maye qaz idxalını və müdafiə xərclərini artırmağı tələb edəcəyi gözlənilir”, – məlumatda bildirilib.