Xəbərlər

BMT-nin baş katibi: Dünya başqa bir müharibəyə dözə bilməz

“Beynəlxalq ictimaiyyət növbəti müharibəyə tab gətirə bilməyəcək”.

“Füyuzat“ın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş İranın İsrailə qarşı son pilotsuz təyyarə və raket hücumunu şərh edərkən bildirib.

“Mən regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin narahatam. Bütün tərəfləri Yaxın Şərqdə çoxsaylı cəbhələrdə böyük hərbi qarşıdurmalara səbəb ola biləcək hər hansı hərəkətdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram”, – o deyib.