“Qərb ölkələri Gürcüstanı sülh tərəfini tutduğuna və müharibədən imtina etdiyinə görə cəzalandırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“Gürcüstan hakimiyyəti etdiyi seçimə görə cəzalandırılır. Gürcüstan hakimiyyəti müharibənin yox, sülhün lehinə seçim etdi. Hakimiyyət müharibəni, ölkəmizdəki qeyri-sabitliyi rədd etdi. Ona görə də biz müəyyən qüvvələr tərəfindən Gürcüstan dövlətinə bu cür təzyiqlərlə qarşılaşırıq”, – Boçorişvili bildirib.