Xəbərlər

Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib

Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Verilən məlumata görə, bu vəzifəyə Gevin Tarbard təyin edilib.

“Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – diplomatik nümayəndəlikdən bildirilib.