Britaniya hökuməti Suriyanın bir sıra banklarına, o cümlədən ölkənin mərkəzi bankına, eləcə də neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.
“Füyuzat”ın məlumatına görə, müvafiq sənəd Böyük Britaniya Xəzinədarlığının saytında yerləşdirilib.
Qara siyahıdan çıxarılan neft şirkətləri “Al Furat”, “Deir Ez-Zur”, “Dula”, “Ebla”, “General Petroleum Corporation”, “Mahrukat”, “Overseas Petroleum Trading”, “Syria Trading Oil Company” (Sytrol), “Suriya Neft Nəqliyyatı Şirkəti”, “Suriya Neft Şirkəti”, həmçinin “The Homs Refinery Company” və “The Baniyas Rafinery Company”dir.
Suriya Ərəb Hava Yollarına, Sənaye Bankı və Suriya Kommersiya Bankı da daxil olmaqla 8 banka qarşı sanksiyalar da ləğv edilib.