Xəbərlər

Britaniya Ukraynanı müzakirə etmək üçün Avropa liderlərinin görüşünü təşkil edə bilər

Böyük Britaniya hökuməti Ukrayna ətrafında vəziyyətlə bağlı gələcək danışıqlar üçün bir qrup Avropa liderlərinin görüşünün çağırılması imkanını müzakirə edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Görüş martın 2-də baş tuta bilər və keçən həftə Parisdə keçirilən toplantının davamı ola bilər. Mənbələr qeyd edib ki, planlar hələ yekunlaşdırılmayıb və dəyişə bilər. Ola bilsin ki, görüş virtual şəkildə baş tutsun.

Fevralın 17-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Aİ və NATO-nun nümayəndələri arasında danışıqlar təşkil olunub. Görüş birgə bəyanat olmadan başa çatıb.