Bu ilin 13 dekabr tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində ölkəmizi kimin təmsil edəcəyi artıq bəlli olub.
“Füyuzat”ın məlumatına görə, müsabiqədə Azərbaycanı 12 yaşlı Yağmur təmsil edəcək.
Qeyd edək ki, o, ölkəmizin bu nüfuzlu beynəlxalq musiqi yarışmasında iştirak edən beşinci nümayəndəsi olacaq.
Xatırladaq ki, Azərbaycan bu müsabiqədə indiyədək 4 dəfə iştirak edib.



