Koreya Respublikasının hakimiyyət orqanları növbədənkənar prezident seçkilərini iyunun 3-nə təyin etmək niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“Seçkilərin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin vacibliyini bildirən dəqiq hüquqi normalar yoxdur. Amma bu, səsvermə günü müvəqqəti istirahət gününün olmasını tələb edəcək mühüm məqam olduğundan, məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq”, – mənbə bildirib.