Xəbərlər

Cahit Bağçı vəzifəsini yeni səfirə təhvil verib

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Cahit Bağçı vəzifəsini yeni səfir Birol Akgün təhvil verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cahit Bağçı özünün “X” hesabında paylaşım edib.

C.Bağçı qeyd edib ki, dörd ilə yaxındır qardaş Azərbaycanda səfir vəzifəsini bu gün başa vurub vətənə qayıdıb: “Türkiyə Maarif Fondunun sədri Prof.Dr. Birol Akgünə təxminən 5 illik vəzifəmizi təhvil verdik. Bakı səfirimiz Birol Akgünə bu mübarək missiyada uğurlar arzulayır və ona böyük uğurlar arzulayıram”.