“Ölkədəki daxili siyasi vəziyyət iki ölkə arasında müdafiə sektorunda əməkdaşlığa mane olmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Koreya Respublikasının Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Li Yunq Yonqun Polşaya səfəri zamanı deyib.
“Koreya Respublikasının daxili siyasi vəziyyətdən asılı olmayaraq müdafiə sektorunda Polşa ilə əməkdaşlığına həmişə sadiqik. Polşa Cənubi Koreyanın hərbi sənaye kompleksinin ən mühüm tərəfdaşıdır. Departament Cənubi Koreya silahlarının Avropada təşviqi üçün vasitəçi rolunu oynayan Polşada müdafiə sahəsində əməkdaşlıq layihələrinin stabil şəkildə həyata keçirilməsi üçün hökumət yardımını davam etdirəcək”, – Yonqun qeyd edib.