Xəbərlər

Cənubi Koreya prokurorları baş qərargah rəisini həbs edib

Koreya Respublikası prokurorları dekabrın 3-də hərbi vəziyyətin tətbiqinə rəhbərlik etmək üçün təyin edilmiş Cənubi Koreya ordusunun baş qərargah rəisi Park An Sunu qiyamda iştirakda şübhəli bilinərək həbs ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “News1” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Koreya Respublikasının Cinayət Məcəlləsi üsyanın iştirakçılarını sui-qəsdçilərin lideri, əsas icraçıları və qiyamın adi iştirakçıları olmaqla üç yerə bölüb.

İlk iki kateqoriyaya ömürlük həbs və ya ölüm cəzasının verilə biləcəyi bildirilib.